1992-ci il yanvarın 25-26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan “Mİ – 8” helikopterində şəhid olanların əziz xatirəsi Şuşa Şəhidlər xiyabanında yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində Xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, Şuşada fəaliyyət göstərən, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də başlayıb və yanvarın 26-da uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusu onlarla şəhid verib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan taqımlarımız düşmənin pusqusuna düşüb, kəndə daxil olmuş bir neçə taqım isə itki verərək geri çəkilib. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











