
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, Daşkəndin Mirabad rayonunda yaradılan Heydər Əliyev Meydanının və Ulu Öndərin burada ucaldılmış barelyefinin 2022-ci il iyunun 21-də açılışı olub. Ərazisi tamamilə yenidən qurulan meydanda yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Həmin il Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin barelyefinin açılışında iştirak ediblər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










