
“Atəşkəs dövründə Azərbaycanda yaşayış ərazisinin bombardman edilməsi”.
AZƏRTAC xəbər verir ki, Almaniyanın “Deutschelandfunk.de” nəşrində dərc olunan material bu sərlövhə ilə verilib (bax: www.deutschlandfunk.de/berg-karabach-trotz-waffenruhe-bombenangriff-auf-wohngebiet.2932.de.html?drn:news_id=1182245).
Materialda Ermənistan silahlı qüvvələrinin atəşkəs saatlarında Gəncə şəhərinə qarşı hücumundan danışılır. Nəşr Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun öz “Twitter” səhifəsində yuxuda olan Gəncə şəhərinin hücuma məruz qalması barədə dünyaya verdiyi xəbərə istinad edir. Erməni silahlı qüvvələri tərəfindən yaşayış ərazisinə gecə hücumu nəticəsində 9 nəfər həlak olub və 30-dan artıq insan yaralanıb. Nəşrdə xatırladılır ki, həmin axşam münaqişə tərəfləri Rusiyanın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlmişdilər.
Məqalədə qeyd edilir ki, qondarma “Dağlıq Qarabağ respublikası” beynəlxalq səviyyədə tanınmayıb və beynəlxalq hüquqa müvafiq surətdə Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










