
Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda fasiləsiz xidmət davam edir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dağlıq ərazilərdə, şəhər mərkəzləri ilə yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də magistrallarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan təmizlənir, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür.
Mövcud hava şəraiti ilə bağlı DİN-in “102” Xidməti Zəng-Mərkəzinə daxil olan çağırışlar üzrə avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir.
Hazırda xidmət fasiləsiz davam etdirilir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










