Daxili İşlər Nazirliyi (DİN) və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb.
AZƏRTAC xəbər verir ki, çağırışda təhlükəli ərazilərdə hər bir addımın ölümcül fəsadlar törədə biləcəyi qeyd edilir.
Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstəyə çağırış edilib:
• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
• Yalnız gündəlik işlək yollardan istifadə edin!
• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
• Naməlum əşyalara toxunmayın!
• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!