
Ölkəmizdəki diplomatik korpusun nümayəndələri Şuşada Dövlət Xidmətləri Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, Mərkəzin yenidənqurma və təmiri işlərinə 2023-cü ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb.
Dördmərtəbəli binada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərir.
Dövlət Xidmətləri Mərkəzi əsaslı təmirdən sonra 2024-cü il iyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfər ediblər.
Müxbir – Pərvanə Qafarova
Fotoqraf – İlkin Cavanşirov
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










