
“Rusiya 1” kanalında yayımlanan “Vesti nedeli” verilişində Qarabağda hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanat barədə danışılıb.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Dmitri Kiselyov Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları sülh bəyanatından sonra Qarabağda müharibəyə son qoyulduğunu qeyd edib.
Kiselyov Ermənistan baş nazirinin Cıdır düzündə rəqs etdiyi kadrların nümayişi fonunda qeyd edib ki, Paşinyanın bu hərəkəti Bakıda təxribat kimi qarşılanmışdı.
“İlham Əliyev prezidentliyi dövründə, – onun dövlətin sükanı arxasında uzun müddət qalmaq şansı böyükdür, – Qarabağın statusu olmayacağını bəyan edib”, – deyə D.Kiselyov bildirib.
Jurnalist vurğulayıb ki, hazırda Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəsini qeyd edir. Azərbaycan Ordusu indiyədək görünməmiş qüdrətə malikdir və bütün bunlar İlham Əliyevin xidmətləridir.
D.Kiselyov xatırladıb ki, iki il yarım bundan əvvəl rəngli inqilablar texnologiyası əsasında hakimiyyətə gələn Paşinyan Azərbaycan ilə danışıqlardan imtina edərək “Qarabağ Ermənistandır və nöqtə” demiş, danışıqlar masası arxasına oturmaq əvəzinə Şuşaya rəqs etməyə getmişdi. Paşinyanın bu “özgüvəni”nin arxasında Ermənistanı və Qarabağı aldatmaq məqsədi dururdu. Vəziyyətin yetərincə qiymətləndirilməməsi son nəticədə Paşinyanın bacarıqsız komandasını döyüşlər zamanı lap əvvələn sonadək öz xalqını aldatmağa vadar etmişdi.
“İndi nə olacaq” deyə D.Kiselyov soruşur və əlavə edir ki, Ermənistan ordusu yerlə-yeksan olub. Ermənistanın indi çətin dövrlər yaşadığını vurğulayan D.Kiselyov itki yarasının zamanla qasnaq bağladığını yada salaraq bu zamanı inkar, qəzəb, alver, depressiya və qəbuletmə kimi mərhələlərə bölüb. Rusiyalı jurnalist deyib: “Ermənistan inkar mərhələsini artıq ötüb, indi qəzəb mərhələsini yaşayır. Növbəti mərhələ isə ölkə daxilində və xaricdəkilərlə alverdir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









