Otuz il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən zülmət dolu bir gecədə Xocalıda soydaşlarımızın qanı tökülmüş, canımızdan can ayrılmışdır. Xocalı hələ də qanayan, qaysaq bağlamamış, dərdinə çarə tapılmamış bir yaradır. 1992-ci il fevralın 25-26-da əhalisi 7 min nəfər olan Xocalıda soyqırımı cinayəti törədilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.
2020-ci il sentyabrın 20-dən noyabrın 10-dək Azərbaycan Ordusunun qəhrəman heyətinin bütün cəbhədə, döyüş meydanlarında erməniləri darmadağın etdiyini xatırladan MHP sədri Dövlət Bahçeli deyib ki, nəticə etibarilə Qarabağda 290-dan artıq yaşayış məntəqəsi azad olunub. Noyabrın 10-da imzalanmış bəyanat qələbəni təsdiqləyən və dəyərli Zəfəri özündə əks etdirən tarixi sənəddir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









