Biz Azərbaycan hökuməti ilə Strateji Tərəfdaşlıq Xartiyasında göstərilən prioritet sahələr, o cümlədən regional əlaqə, iqtisadi investisiya, enerji, təhlükəsizlik əməkdaşlığı və süni intellekt üzərində işləməyə davam edirik.
Bu barədə AZƏRTAC-a açıqlamasında ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.
Xartiyanın icrası ilə bağlı qeyd olunub ki, iyun ayında keçirilən Bakı Enerji Həftəsində ABŞ və Azərbaycan arasında imzalanan kritik minerallar üzrə Anlaşma Memorandumu mədənçilik, emal və kəşfiyyat sahələrində əməkdaşlığı əhatə edir.
“Dövlət Departamentinin İqtisadiyyat, Enerji və Biznes məsələləri üzrə köməkçi katibi Keyleb Orr, həmçinin ilk ABŞ–Azərbaycan İqtisadi Dialoquna həmsədrlik edib. Dialoq çərçivəsində Azərbaycan hökuməti ilə əməkdaşlıq sazişləri, eləcə də ümumi dəyəri 8 milyard dollara yaxın olan kommersiya müqavilələri imzalanıb. Bundan əlavə, ABŞ Dövlət Departamentinin Kiber və Rəqəmsal Siyasət Bürosunun rəhbərliyi ilə Azərbaycanda “Süni İntellekt Həftəsi”nin keçirilməsi elan olunub”, – deyə açıqlamada bildirilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib











