
Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması ilə əlaqədar xəbərdarlıq olunub. Xəbərdarlığı “Sərhədsiz Həkimlər” tibbi xeyriyyə təşkilatının direktorunun müavini Alan Gonzales edib.
AZƏRTAC xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilib.
Qeyd olunub ki, xəbərdarlıqda sözügedən ölkədə Ebola virusunun yayılmasının dərin narahatlıq doğurduğu vurğulanıb.
Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus virusun qarşısının alınması səylərinə nəzarət etmək üçün Konqo Demokratik Respublikasının İturi əyalətinə səfər edib.
Məlumata görə, Konqo Demokratik Respublikasında azı 246 nəfər Ebola virusuna yoluxaraq ölüb. 1000-dən çox insanın isə hazırda bu xəstəliyin daşıyıcısı olduğu ehtimal edilir.
Bu ölkə ilə həmsərhəd olan Uqandada isə 9 nəfərin Ebola virusuna yoluxduğu təsdiqlənib, 1-i bu xəstəlikdən həyatını itirib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










