“Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ilin ikinci yarısında yekunlaşması planlaşdırılır. Artıq layihənin böyük bir hissəsi həyata keçirilib”.
AZƏRTAC xəbər verir ki, bunu Əhmədbəyli-Füzuli—Şuşa avtomobil yolunun tikintisi layihəsinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə ictimai dinləmədə ekoloji layihə sənədini hazırlayan “Geoexbert Consulting” MMC-nin direktor müavini Azad Məcidov deyib. O qeyd edib ki, yolun ümumi uzunluğu 81,7 kilometrdir.
“Sözügedən yol Zəfər yoluna paraleldir. Bu yolun çəkilməsində əsas məqsəd Zəfər yolunda mövcud olan kəskin döngələrin böyük maşınlar və ağır texnikanın hərəkəti üçün təhlükəli olmasıdır. Yeni çəkilən yolda həmin həssas yerlər daha rahat formaya salınıb və 10 körpü salınıb. Yolun hərəkət şiddəti nəzərə alınaraq, onun 48-ci kilometrə qədər olan hissəsi 4 zolaqlı, Şuşa şəhərinə qədər olan hissəsi isə 6 zolaqlı hesablanıb. Yolun çəkilməsində minalanmış ərazilər böyük problemlər yaradaraq prosesi bir qədər yubadıb. Yolda ümumi olaraq 35 keçid var və bu keçidlər heyvanların istifadəsi üçün də nəzərdə tutulub. Eyni zamanda, su axıntısı üçün suötürücü qurğular quraşdırılıb”, – deyə mütəxəssis bildirib.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










