
SOCAR tərəfindən dənizdə neft sızmasının qısa müddətdə müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində görülən tədbirlər mühüm əhəmiyyət daşıyır. Belə hallarda operativ reaksiya həm ekoloji, həm də iqtisadi baxımdan mümkün mənfi təsirlərin minimuma endirilməsinə kömək edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
O qeyd edib ki, bu cür hadisələr zamanı vaxtında müdaxilə xüsusi önəm kəsb edir.
“SOCAR-ın dənizdə baş verən neft sızmalarını vaxtında aşkarlaması və onları operativ aradan qaldırması vacibdir. Xüsusilə bu prosesin operativ şəkildə həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Çünki belə hallarda sürətli reaksiya vurulan zərərin miqyasını minimuma endirməyə imkan verir. Bu, dənizin biomüxtəlifliyinin və ekosisteminin qorunmasına, eləcə də sahil ərazilərində ekoloji vəziyyətin pisləşməsinin qarşısının alınmasına kömək edir. Eyni zamanda, sonrakı təmizləmə işlərinin həcmi və maliyyə xərcləri də əhəmiyyətli dərəcədə azalır”, – deyə ekspert bildirib.
X.Kərimli vurğulayıb ki, belə hadisələr dünyanın hər yerində baş verir, ən vacib məsələ hadisənin qarşısını operativ almaqdır. Bunun üçün texniki təhlükəsizlik və monitorinq məsələlərinə xüsusi diqqət ayrılmalıdır. “Bunun üçün də SOCAR texniki təhlükəsizlik və monitorinq məsələlərinə xüsusi diqqət yetirir. Boru xətlərinin davamlı monitorinqini edir və istismar müddəti keçmiş, yaxud təhlükəli vəziyyətdə olan borularda hadisənin baş verməməsi üçün preventiv addımlar atır, həmin boruların istismarını dayandırır”, – deyə X.Kərimli əlavə edib.
Müxbir – Pərvanə Qafarova
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










