Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popovla görüşüb.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında bildirən nazir E. Məmmədyarov deyib ki, görüşdə “status kvo”nun qəbuledilməz olduğu bir daha vurğulanıb.
“Rusiya ilk növbədə çalışır ki, münaqişənin nizamlanmasında irəliləyiş olsun. Eyni zamanda növbəti aylarda hansı istiqamətdə danışıqların aparılacağını müzakirə etdik. Ümid edirəm ki, danışıqlar intensivləşəcək”, – deyə nazir qeyd edib.
XİN rəhbəri bildirib ki, “status kvo” vəziyyəti tam şəkildə qəbuledilməzdir: “Ermənistan qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxartmalıdır”.

















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











