Sentyabrın 15-də millət vəkili Elxan Süleymanov doğulduğu Göyçay rayonunun Qaraman kəndində, əsasını babası Hacı Rəhim Əfəndinin qoyduğu və onun adını daşıyan kənd tam orta məktəbində Bilik Günü ilə bağlı tədbirdə iştirak edib. 12 sinif otağı, kitabxana, laboratoriya, hərbi hazırlıq, kompüter otaqları, 2 akt zalı, bufet və daxili qapalı həyətdən ibarət məktəb binası 2017-ci ildə Elxan Süleymanovun dəstəyi ilə inşa olunub. Millət vəkili birinci sinfə qəbul olunan şagirdlərə dərs ləvazimatları təqdim edib. Tədbirdə çıxış edən millət vəkili iştirakçılara Bilik Günü münasibəti ilə təbriklərini çatdırıb, şagirdləri məktəbin şərəfli ənənələrini davam etdirməyə çağırıb.































Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










