Ermənilərin etnogenezi, milli identikliyi, linqvistik xüsusiyyətləri, tarixi və s. haqqında müxtəlif vaxtlarda və bir-birinə zidd olan fikirlər irəli sürülmüşdür. Bəzi müəlliflər ermənilərin tarixi başlanğıcını bəşər sivilizasiyasının ilk çağlarına aparır və onların mənşəyinin bilavasitə Anadolu yaylası və Qafqaz ilə bağlayır, bu ərazilərin avtoxton əhalisinin məhz ermənilər olduğunu iddia edirlər və bu zaman daha çox etibarlı tarixi … Continue reading Moisey Xorenasidən başlayan erməni saxtakarlığı→
XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. “Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, boşaldılmış kəndlərdə Türkiyədən gələn erməni ailələrini məskunlaşdırırdılar.
Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan ərazisində yaradılmış inzibati-ərazi vahidi. Azərbaycanın tarixi vilayətindən biri olan Zəngəzur ərazisində yaradılmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasəti nəticəsində Qarabağ, Naxçıvan, İrəvan və digər Azərbaycan torpaqları kimi Zəngəzurada İran və Türkiyədən kütləvi şəkildə ermənilər köçürülmüşdü.
Qərbi Azərbaycanın Yaycı kəndi Zəngəzur regionunda yerləşir. Yaycı kəndi keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, Gorus rayonu ərazisində yalnız türklərin yaşadıqları inzibati yaşayış məntəqəsi olub. Yaycı kəndi, Vilayət mərkəzi Qafan şəhərindən 79 kilometr şimalda, dəniz səviyyəsindən 1730 metr hündürlükdə yerləşir.
Mayın 29-u saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Xudaverdi Həsən oğlu Sadıqov ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfərə gəliblər. Qonaqların səfəri Laçın rayonundan başlayıb.
İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.
“Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “dənizdən-dənizə Ermənistan” dövləti qurmaqdır.
Hələ erkən orta əsrlərdə öz dövlətçiliklərini tamamilə itirərək bütün dünyaya dağılmış ermənilər o vaxtdan başlayaraq min beş yüz ilə yaxın bir dövrdə zaman-zaman öz dövlətçiliklərini bərpa etməyə cəhd göstərsələr də heç bir müvəffəqiyyət əldə edə bilməmişlər.
Azərbaycanlıların Ermənistandan Azərbaycan SSR-ə köçürülməsi haqqında hökumətin qərarının rəsmi elan edilməsinə hələ çox qalmış Ermənistan SSR-in əhalisi arasında bu barədə səslər dolaşmağa başladı və bu tədbirin məqsədlərinin hər cür düzgün olmayan şərhləri törəyirdi.
Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı yeni kitabı işıq üzü görüb.