Ermənistanın müdafiə naziri Seyran Ohanyan ötən il noyabrın 12-də Dağlıq Qarabağda vurulan hərbi helikopterin kursdan kənara çıxdığını etiraf edib.
APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, S. Ohanyan helikopterin vurulması faktı ilə bağlı xidməti təhqiqat apardıqlarını söyləyib: “Bununla əlaqədar bəzi insanlar töhmət alıblar və işdən çıxarılanlar da olub. Təlim uçuşu həyata keçirən helikopterin heyəti bir qədər kursdan kənara çıxıb”.
Xatırladaq ki, 2014-cü il noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdamrayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mi-24” tipli hərbi helikopter döyüş kursuna enərək Azərbaycan ordusunun mövqelərimizə hücuma cəhd edib. Azərbaycan əsgərləri tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. Helikopterin 3 heyət üzvü ölüb.

















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









