
Erməni silahlı bölmələrinin işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimləri davam edir.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, təlimlər zamanı artilleriya qurğularından və ağır döyüş texnikasından atışlar həyata keçirilib.
Separatçı rejimin “müdafiə naziri” Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.
Qeyd edək ki, işğalçı ölkənin ordusunun təlimləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri görüş keçirdiyi vaxta təsadüf edir.
Həmsədrlər noyabrın 15-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, noyabrın 16-da isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










