APA-nın xəbərinə görə, şəhidlə vida mərasimi onun ailəsinin Xırdalan şəhərində yaşadığı evdə keçirilib. Daha sonra cənazə evdən qaldırılıb. Mərasim Xırdalan qəbiristanlığında davam etdirilib. Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, hərbçilər, mərhumun yaxınları iştirak edib.
Rituallara uyğun olaraq yaylım atəşi açılıb, daha sonra şəhid torpağa tapşırılıb.
Qeyd edək ki, dünən ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Zaur Həsənli düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub.
Qeyd edək ki, Z. Həsənli Tərtər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Allah rəhmət eləsin!

















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











