Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 52 dəfə pozulub.
Ermənistan ordusunun bölmələri iyulun 24-də və 25-də gecə Ermənistanın Noyemberyan rayonunun Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Fərəhli və Qızılhacılı kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
AzərTAc
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










