Ermənistan Silahlı Qüvvələri ötən axşam Tovuz rayonunun sərhədyanı Əlibəyli kəndini iriçaplı silahlardan güclü atəşə tutub.
Tovuz rayon Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, kənd ötən gün saat 20 radələrindən başlayaraq 4 saat müddətində atəşə məruz qalıb.
Atışma zamanı kənd sakini, 1982-ci il təvəllüdlü Xatirə Əliyeva qolundan yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bundan başqa, düşmənin atdığı işıqsaçan güllə kənd sakini İsmayıl Nəbiyeva məxsus, 150 kvadratmetr sahəsi olan yaşayış evinə dəyərək yandırıb. Ev yanaraq yararsız hala düşüb.
İcra nümayəndəsinin bildirdiyinə görə, atışma nəticəsində kənddə ümumilikdə 100-dək evə ziyan görüb. Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən tərəfi susdurulub.

















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











