
Təhsil naziri Emin Əmrullayev UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri ilə birgə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Gəncə və Tərtərdə ciddi ziyan dəymiş məktəblərdə olub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, xarici tərəfdaşlar Gəncə və Tərtərdə dağıdılmış binaların, Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin, Tərtər rayonu Düyərli kənd tam orta məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi olublar.
Daha sonra bu ərazilərdə təhsil alan şagirdlərlə görüş keçirilib.
Qeyd edək ki, xarici tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən müəllim və şagirdlərimizə sosial və psixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










