
Dekabrın 19-da on iki nəfər mina qurbanı və ya onların yaxınları aksiyaya dəstək vermək məqsədilə Laçın-Xankəndi yoluna gəliblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq səkkiz gündür davam edir.
Qeyd edək ki, işğal dövründə bir milyondan çox mina Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılıb. Bu, təbiətə, insanlığa qarşı görünməmiş vəhşilikdir. Ekoloji terror olan mina problemi hələ də davam edir. Postmüharibə dövründə də Ermənistan minalama siyasətini dayandırmayıb.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










