Estoniya Parlamenti İranın pilotsuz uçuş aparatı ilə Azərbaycanın Naxçıvan bölgəsinə etdiyi hücumu qınayıb.
Azərbaycanın Estoniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Estoniya Parlamenti Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Estoniya Parlamentinin Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu martın 5-də Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir.
“Azərbaycana qarşı bütün hücumlar əsassızdır və yalnız münaqişənin gərginləşməsinə gətirib çıxaracaq. Mülki infrastruktura edilən hücumlar xüsusilə qəbuledilməzdir. Biz Azərbaycanda hücumdan zərər çəkmiş bütün şəxslərlə həmrəyliyimizi ifadə edir və Azərbaycanın bütün ərazisində sülhün dərhal bərpa olunmasını dəstəkləyirik”, – deyə bəyanatda bildirilib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










