
Yanvarın 18-də cari tədris ili üzrə Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib. Bu mərhələdə Qarabağ regionu üzrə 1900-dən çox şagird iştirak edib.
Qarabağ Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, fənn olimpiadaları VIII-XI-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 7 mərkəzdə keçirilib.
Bu il ilk dəfə Ağdam rayon Xıdırlı kənd tam orta məktəbinin şagirdləri də olimpiadada iştirak ediblər.
Olimpiadanın rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə elan olunacaq.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










