
İrandan təxliyə prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 28-dən bu gün saat 10-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 1105 nəfər təxliyə olunub. Təxliyə olunanlar arasında Azərbaycan (175 nəfər), Çin (361 nəfər), Rusiya (244 nəfər), Tacikistan (99 nəfər), Pakistan (76 nəfər), Oman (46 nəfər), Səudiyyə Ərəbistanı (18 nəfər), Belarus (7 nəfər), Banqladeş və BƏƏ (ümumilikdə 6 nəfər), Gürcüstan (6 nəfər), Slovakiya (6 nəfər), Serbiya (5 nəfər), İordaniya (4 nəfər), Nigeriya (4 nəfər), İsveçrə (4 nəfər), Yaponiya (4 nəfər), Filippin (3 nəfər), Qətər (3 nəfər), Meksika (3 nəfər), Fransa (2 nəfər), İtaliya (2 nəfər), Türkiyə (2 nəfər), Yəmən (2 nəfər), Nepal (2 nəfər), Özbəkistan (2 nəfər), Qırğızıstan (2 nəfər), Braziliya (1 nəfər), Livan (1 nəfər), Polşa (1 nəfər), Tunis (1 nəfər), Cənubi Afrika (1 nəfər) və digər ölkələrin vətəndaşları var.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.
11:23
İrandan təxliyə prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 28-dən bu gün saat 10-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 1105 nəfər təxliyə olunub. Təxliyə olunanlar arasında Rusiya, Çin, Slovakiya, Pakistan, Türkiyə, Tacikistan, Özbəkistan, Cənubi Afrika, Gürcüstan və digər ölkələrin vətəndaşları var.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.
İlkin Adıyev – müxbir
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










