Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək düşmənin silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli binaları, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan vurulur. Sentyabrın 28-də də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib. Fövqəladə Hallar Nazirliyinin dərhal hadisə yerlərinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınları qısa müddətdə söndürüblər.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










