
Paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində kollektorda baş verən nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən aidiyyəti tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə Əlaqə İdarəsinin əməkdaşı Pərviz Aslanov deyib.
O bildirib ki, gecə saatlarında da bu qüvvələr tərəfindən fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
“FHN-in müvafiq qüvvələri 97 sakini təhlükəsiz əraziyə təxliyə edib. Hazırda da nazirliyin qüvvələri tərəfindən ərazidən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir”,- deyə o vurğulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










