Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub.
Ümumilikdə, ilkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb.
Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










