Filippinin cənubundakı Mindanao adası yaxınlığında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb.
AZƏRTAC Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippinin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurası məlumat yayıb.
Bildirilib ki, 7,8 bal gücündə zəlzələ 150 minə yaxın insana təsir göstərib, 17 nəfər itkin düşüb, 487 nəfər yaralanıb, 41 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Məlumata görə, yüzlərlə evə, həmçinin xəstəxana, məktəb və körpülər daxil olmaqla çoxsaylı infrastruktur obyektlərinə ziyan dəyib. Zəlzələdən sonra 1700-dən çox təkan qeydə alınıb.
Hazırda zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










