Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı arzuolunmaz şəxs elan edilib. Ancaq ondan iki gün əvvəl tərəfimizdən Fransa səfirliyinə nota göndərilib. Azərbaycan dövlət qrumlarında bu şəxslərlə bağlı ciddi faktların mövcudluğu, onların araşdırılmasının vacibliyi, zəruriliyi bildirilmişdi. Lakin onlar araşdırmadan imtina etdilər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçdiyi mətbuat konfransında deyib.
“Fransa dövləti öz əməkdaşlarının günahsızlığından əmin idisə, o, buna gedə bilərdi. Onlardan heç bir cavab daxil olmadı. Dünən Fransa bizim səfirimizin iki əməkdaşını arzuolunmaz şəxs elan etdi. Bizim və Fransanın atdığı addımlar arasında fərq var. Biz sübut və faktlarla danışırıq. Fransa tərəfinin heç bir əsası olmayan bu addımı həmin ölkənin atdığı növbəti səhv addım idi”, – deyə nazir vurğulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










