
Bölgədə artan münaqişə fonunda Yaxın Şərqdə yerləşən bir sıra əsas limanlar əməliyyatlarını müvəqqəti dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti “Lloyd’s List Intelligence” analitik şirkətinə istinadla məlumat yayıb.
Məlumata görə, Bəhreynin bütün limanları müvəqqəti olaraq bağlanıb. Bundan əlavə, Omanın Ərəbistan dənizi sahilində yerləşən Duqm limanı da fəaliyyətini dayandırıb. Bildirilir ki, liman bazar günü səhər saatlarında iki pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb.
Aparıcı qlobal liman operatoru “DP World” da Dubaydakı Cəbəl Əli limanında əməliyyatları dayandırdığını açıqlayıb. Şənbə günü axşam hava hücumundan müdafiə sistemləri işə salındıqdan sonra düşən pilotsuz uçuş aparatının qalıqları limanın lövbər məntəqələrindən birində yanğına səbəb olub.
Eyni zamanda, “Lloyd’s List Intelligence” Küveyt, Səudiyyə Ərəbistanı, Misir, Qətər və İordaniyada yerləşən limanların açıq qaldığını bildirib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










