Bu ilin sonuna qədər 3500-ə yaxın Füzuli sakininin şəhərə qayıdışı nəzərdə tutulur. Füzuli son 3 ildə, işğaldan azad olunduqdan sonra yenidən qurulur və bərpa edilir. Artıq Füzuli sakinləri öz doğma yurdlarına qovuşur. Təxminən 1000-ə yaxın sakin Füzuli şəhərində məskunlaşıb. Ümumiyyətlə, 2040-cı ilədək Füzuli şəhərində 50 min vətəndaşımız məskunlaşacaq.
Bunu Füzuli şəhərində AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“Bu gün möhtəşəm gündür, Füzulinin işğaldan azad olduğu gündür. Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı ilə “Füzuli Şəhəri Günü” qeyd olunur”, – deyən deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Qarabağ və Şərqi Zəngəzurun daha intensiv və daha qısa müddətdə bərpasına imkan yaradır. “Məskunlaşma prosesinin sürətlənməsi də bunun göstəricisidir”, – V.Bayramov vurğulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











