Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə Gənclər Paytaxtının simvolik açarı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub.
Rəsmi hissədə Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış ediblər.
Sonra Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunan “İlin gənci” nominasiyasına layiq görülən gənclər təltif olunublar.
Sonda Gənclər Paytaxtının simvolik açarı Mingəçevir şəhərinə təqdim edilib.