
Bir neçə gündür bölgələrdə müşahidə olunan yağışlı hava bu gün günəşli hava ilə əvəzlənib. Lakin buna baxmayaraq, çaylarda gursululuq davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Göyçay rayonuərazisindən axan eyniadlı çaydan sel keçir. Selin rayon və kəndlər üçün hələlik ciddi fəsadları müşahidə olunmasa da, yağıntıların miqyası artacağı təqdirdə, çay ətrafında yerləşən əkin sahələrinin və pay torpaqlarının yuyulması ehtimalı var.
Xatırladaq ki, Göyçay çayı İsmayllı, Göyçay, Ucar və Zərdab rayonlarının ərazilərindən keçir.
Müxbir – Rəşad Türkoğlu
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










