
Gürcüstanda bu il ustad aşıq, saz-söz yaradıcılarından olan “Aşıq Hüseyn Saraçlı İli” elan olunub.
Bu barədə AZƏRTAC-a Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusifov məlumat verib.
Onun sözlərinə görə, bu barədə GAK İdarə Heyəti qərar qəbul edib. Əsas məqsəd böyük sənətkar aşıq Hüseyn Saraçlının zəngin yaradıcılığını daha geniş təbliğ etmək və onun irsinin yaşadılmasıdlr.
H.Yusifov deyib ki, 2026-cı il ərzində Gürcüstanın müxtəlif bölgələrində silsilə tədbirlər təşkil olunacaq. “Bizim əsas məqsədimiz Aşıq Hüseyn Saraçlının yaradıcılığını gənc nəslə tanıtmaq, aşıq sənətinə marağı artırmaq və bu dəyərli mədəni irsi qoruyub gələcək nəsillərə ötürməkdir”, -deyə konqres sədri vurğulayacaq.
Sədr qeyd edib ki, keçiriləcək tədbirlər çərçivəsində konsert proqramları, ədəbi-bədii gecələr, elmi konfranslar və xatirə mərasimləri planlaşdırılır.
Qeyd edək ki, Aşıq Hüseyn Saraçlı Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri kimi tanınır və onun yaradıcılığı regionun folklor ənənələrinin inkişafında mühüm rol oynayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










