
Azərbaycan Hərb Tarixi Muzeyində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və İkinci Dünya müharibəsində həlak olanların, respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi dərin ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra iki dəfə “Sovet İttifaqı Qəhrəmanı” adını almış, tank qoşunları general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsi cəbhələrində keçdiyi şanlı döyüş və həyat yolundan geniş danışılıb.
Qeyd edilib ki, xalqımızın qəhrəman oğlunun Böyük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu heç vaxt unudulmur, əziz xatirəsi ölkəmizdə hər zaman hörmətlə anılır.
Daha sonra Həzi Aslanov irsinin araşdırmaçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Həzi Aslanovun 115 illik yubileyinə həsr etdiyi “Nəsillərə nümunə” kitabını eksponat olaraq Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Elşad Pənahova təqdim edib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib.
Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin müəllim və kursant heyəti, veteranlar və digər qonaqlar iştirak ediblər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










