
Fevralın 22-də Xocalı soyqırımının 33-cu ildönümü ilə əlaqədar Türkiyədən muxtar respublikaya gələn alpinist qrupları və Naxçıvandan olan ekstrimsevərlərin iştirakı ilə Haçadağa yürüş təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ənənəvi ekstremal yürüşdə Xocalı faciəsi qurbanları və 44 günlük Vətən müharibəsi şəhidləri yad edilib, hər iki ölkənin Dövlət Himni ifa olunub, Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqırımına aid şüarlar səsləndirilib.
Günün erkən vaxtı Naxçıvan şəhərindən adıçəkilən təbiət abidəsinə doğru hərəkət edən yürüş iştirakçıları saat 07:00-da Culfa rayonu Gal kəndi ərazisindən başlayaraq zirvəyə doğru qalxıblar. Hava şəraitinin yaratdığı çətinliklər və risklər nəzərə alınmaqla yürüş iştirakçıları mümkün yüksəkliyə qədər irəliləyiblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar (FHN), Səhiyyə nazirlikləri və Turizm Departamentinin dəstəyi ilə reallaşan yürüşdə Türkiyə Dağçılıq Federasiyasının xətti ilə müxtəlif klubları təmsil edən 17 alpinist iştirak edib. Təşkilatçı qurum əməkdaşları və media nümayəndələri ilə birgə yüksəkliyə ümumilikdə 34 nəfər qalxıb.
Sonda tədbirin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib, yürüş iştirakçılarına fəxri fərman təqdim olunub.
Qeyd edək ki, türkiyəli qonaqlar səfər proqramına uyğun olaraq muxtar respublikada turizm əhəmiyyətli məkanları da ziyarət edəcəklər.
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











