ABŞ uranın zənginləşdirilməsi məsələsində İranla kompromisə hazırdır.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidana istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, bununla bağlı kompromislər olmasa, region yeni müharibə ilə üzləşə bilər.
Münaqişənin qarşısının alınmasına yönəlmiş vasitəçilik səylərində mühüm rol oynayan Hakan Fidan bildirib ki, Vaşinqton İranın uranın zənginləşdirilməsini tam dayandırması ilə bağlı əsas tələbində çeviklik nümayiş etdirməyə hazırdır. ABŞ-ın bu tələbi sazişin əldə olunmasına uzun müddət ciddi maneə törədib, çünki Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısı kimi uranı zənginləşdirmək hüququnda israr edir.
Türkiyə diplomatiyasının rəhbəri, həmçinin xəbərdarlıq edib ki, danışıqların Tehranın ballistik raket proqramını da əhatə etməsi və Vaşinqtonun bu məsələdə israrı “yeni müharibəyə” səbəb ola bilər.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










