Son vaxtlar Ermənistan Cenevrə Konvensiyasını tez-tez xatırladır. Halbuki Ermənistan Cenevrə Konvensiyasını ən kobud formada pozan ölkədir. Cenevrə Konvensiyasından danışan Ermənistanın Azərbaycanı raket hücumları ilə hədələməsi riyakarlığın növbəti nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan mülki azərbaycanlılara qarşı cinayətlər, soyqırımları törədib. Dörd mindən çox azərbaycanlı girov və əsir barədə hələ də məlumatımız yoxdur. Ermənistan beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində də əməkdaşlıq etmir. Bu isə Ermənistanın beynəlxalq hüquqa, Cenevrə Konvensiyasına riyakar yanaşdığının göstəricisidir. Şahbaz Quliyev və Dilqəm Əsgərov üçün qurulmuş qondarma məhkəmələr də göz önündədir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










