İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Osaymin Azərbaycanın bu təşkilata verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O, həmçinin ölkəmizin İƏT-in fəaliyyətində mühüm rolunu vurğulayıb, İslam aləminin birgə tədbirlərinə böyük töhfə verdiyini qeyd edib.
AZƏRTAC xəbər verir ki, İƏT-in Baş katibinin Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və təşkilatdakı daimi nümayəndəsi Şahin Abdullayevlə keçirdiyi görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər müxtəlif sahələrdə əlaqələrin daha da inkişafının zəruriliyini vurğulayıblar.
Səfir Ş.Abdullayev təşkilatın Azərbaycanın ərazi bütövlüyünü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üzrə ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə İƏT-in Baş katibinə təşəkkürünü bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










