
Noyabrın 25-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında nəğməkar şair İbrahim Göyçaylının 80 illik yubileyinə həsr edilmiş anım gecəsi keçirilib.
Filologiya elmləri doktoru Nizaməddin Şəmsizadənin aparıcılığı ilə keçən gecədə tənqidçi alim Vaqif Yusifli, yazıçı-dramaturq Aqşin Babayev, şair Yusif Həsənbəy, coğrafiyaçı alım Şövqi Göycaylı, jurnalist İntiqam Mehdizadə və başqaları İbrahim Göyçaylı ilə bağlı xatirələrini danışıblar.
Diktor Eldost Bayramov, əməkdar artist Hüsniyyə Mürvətova şairin şeirlərindən nümunələr səsləndirmiş, onun sözlərinə bəstələnmiş mahnılarla isə Abgül Mirzəyev, Rəvanə Ərəbova, Ayşən Mehdiyeva və başqa sənətçilər tamaşaçılara unudulmaz anlar yaşadıb.
Tədbirin sonunda şairin qızı Sevinc xanım zəhməti keçən bütün insanlara təşəkkürünü bildirib.











































Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










