
Mərakeşin paytaxtı Rabat şəhərində, ICESCO-nun mənzil qərargahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konsert təşkil olunub. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti konsertdə iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətləri, Ulu Öndərin xalqımızın milli-mədəni dəyərlərinə diqqət və qayğısı, onun qlobal təşəbbüsləri barədə danışıblar.
Konsertdə Azərbaycanın mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynovun ifasında mahnılar səsləndirilib.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










