Yanvarda Azərbaycanda 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, neft hasilatının 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.
Ay ərzində 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,8 milyon tonu konsorsiumun, 0,3 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən fevralın 1-dək 631 milyon ton, 3,6 faiz çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən illik 3,1 faiz artımla 586 milyon ton neft, “Şahdəniz”dən isə 10,8 faiz artımla 45 milyon tona yaxın kondensat çıxarılıb. Həmin dövrdə kondensatın 629 milyon tonu ixraca nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Neftin emalı 2024-cü ilin yanvar ayında 16,2 faiz azalaraq 481 min tona yaxın təşkil edib.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









