“Dağlıq Qarabağla bağlı məsələdə bizim məsləhətimiz danışıqların davam etdirilməsidir”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İranın hər iki şimal qonşusu ilə çox yaxşı münasibətləri var: “Hər iki ölkə bizim üçün önəmlidir. Bu iki ölkənin arasında mövcud olan münaqişə və ixtilaf böyük problemdir. Bu ixtilaf uzun müddətdir var və bizim məsləhətimiz danışıqların davam etdirilməsi yolu ilə problemin həlli və Cənubi Qafqazda sabitliyin yaranmasıdır”.
B. Qasimi regiondakı prosesləri diqqətlə izlədiklərini və sərhədləri nəzarətdə saxladıqlarını söyləyib: “Bu münaqişələrə görə sərhədlərimizi pozmağa icazə vermərik. Lakin digər ölkələrin müdaxiləsi ilə münaqişə alovunun genişlənməsi təhlükəsi mövcuddur”.
İran XİN-in sözçüsü ABŞ-ın İranın hərbi obyektlərinə baxış keçirməklə bağlı təklifinə münasibət bildirib və bu istəyi lətifə adlandırıb: “Bu, bir lətifədir və hansısa yumor ustası onu yazıb. Hər nə lazım idisə, müzakirələrdə əldə olundu”.
https://apa.az/dagliq_qarabag/iran-xin-dagliq-qarabagla-bagli-danisiqlar-davam-etdirilmelidir-9158.html

















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









