İspaniyanın “DIPLOMACIA SIGLO XXI” jurnalının fevral buraxılışında “Xocalı soyqırımının qurbanlarının xatirəsinin anım mərasimi” adlı məqalə dərc olunub.

AZƏRTAC-ın məlumatına görə, məqalədə qeyd edilir ki, fevralın 21-də Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən Madriddə 1992-ci il 26 fevral tarixində Azərbaycan Respublikasının Xocalı şəhərində erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsinin anım mərasimi təşkil olunub.
Bildirilir ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilən anım mərasiminin əsas məqsədi ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırmaq, müharibə və insanlıq əleyhinə cinayətlərə qəti etirazın bildirilməsi olub.
Qeyd edək ki, İspaniya Krallığı Diplomatiya Akademiyasının rəsmi mətbuat orqanı olan “DIPLOMACIA SIGLO XXI” jurnalı ölkənin xarici siyasətini işıqlandıran əsas nəşrlərdən biridir.
Xocalı faciəsinə münasibətdə soyqırımı ifadəsinin sözügedən jurnalda işlədilməsi, bu cinayətin erməni millətçiləri tərəfindən törədilməsinin qeyd edilməsi ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə Xocalı soyqırımı ilə bağlı haqlı mövqeyinə dəstəyin təzahürüdür.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










