
Şənbə günü Qəzza sektorundan İsrailə endirilən raket zərbələri nəticəsində azı 6 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə The Times of Israel qəzeti məlumat yayıb.
Bu gün səhər saatlarında HƏMAS hərəkatının silahlı qanadı tərəfindən yəhudi dövlətinin ərazisinə 5 min raket atılıb. İsrail Silahlı Qüvvələri buna cavab olaraq “Dəmir qılınclar” adı verilən əməliyyata başlayıb. “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, İsrail qırıçılarının Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində azı 20 fələstinli həlak olub, onlarla insan ağır yaralanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin müharibə vəziyyətində olduğunu bildirib. Müdafiə naziri isə öz növbəsində Qəzza sektoru ətrafındakı 80 kilometrlik ərazidə hərbi vəziyyət rejimi elan edib. Bununla paralel olaraq, ehtiyatdakı hərbçilərin genişmiqyaslı səfərbərliyi başlayıb.
Paytaxt Təl-Əvivdə bütün kütləvi tədbirləri ləğv olunub və şəhər çimərlikləri bağlanıb.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









