
Aprelin 15-də İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu il Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil olunan tədbirdə “Ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və gələcək nəsillər üçün ədalətin qorunması” mövzusu müzakirə ediləcək.
Ümumilikdə 160-a yaxın ölkənin qatıldığı tədbirdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Assambleyada dünyanın müxtəlif ölkələrindən parlament sədrləri və deputatlar da daxil olmaqla 2400-dən çox nümayəndə iştirak edir.
Tədbir çərçivəsində Assambleya sessiyaları, daimi komitə müzakirələri, forumlar və tematik görüşlər daxil olmaqla 80-dən çox tədbirin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu, İttifaqın İstanbulda keçirilən dördüncü Assambleyasıdır. Bundan əvvəlki tədbirlər 1934, 1951 və 1996-cı illərdə təşkil edilib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










