
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar İstanbulun İstinye Universitetində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyə-Azərbaycan Ortaq Yüzüncü İlində Platformu tərəfindən təşkil olunub.
Mərasimdə bu ali təhsil müəssisəsinin rektoru professor Hasan İbiş, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver və platformun sədri Elmin Sadıxov geniş auditoriya qarşısında çıxış ediblər.
Ulu öndər Heydər Əliyev barədə danışan natiqlər Ümummilli Liderin parlaq, zəngin və şərəfli həyat yolu, bənzərsiz siyasi və dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri haqqında məlumat veriblər. Ulu Öndərin ölkəmizin dünya miqyasında tanınması, türk birliyi, eləcə də şanlı Zəfərimizə gedən yolun təməllərinin atılması üçün gördüyü işlər xüsusi vurğulanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










