Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ərazi minalardan təmizlənib. Nazirlər Kabinetinin Sərəncamına əsasən 2023-cü ildə rayonda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub. Cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1 faiz) ərazinin minalardan təmizlənməsi həyata keçirilib.
Bunu Kəlbəcərdə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
“Kəlbəcər rayonunda 2026-cı ilədək 3450 evin (1927 fərdi yaşayış evinin və 1523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur. İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə 1115, 2025-ci ildə 725, 2026-cı ildə 1610 evin inşası həyata keçiriləcək. Bütövlükdə tikiləcək evlərə ilki 2024-cü ildə olmaqla, Kəlbəcər şəhərinə 5268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12534 nəfər əhalinin köçürülməsi planlaşdırılır”, – deyə o əlavə edib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










