
Şahmat üzrə “Karabakh is Azerbaijan” seriyasından ilk turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Chess.az” saytının təşkil etdiyi seriya yarışının ilk turniri olan “Jabrail Cup”da Azərbaycan və Türkiyə şahmatçıları mübarizə aparıblar. Ümumilikdə 67 şahmatçının iştirak etdiyi turnirin qalibi azərbaycanlı zəka sahibi Elnur Mehtiyev (10 xal) olub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Orxan Bağırov (8 xal) və Kənan İsbatov (6 xal) qərarlaşıblar.
Qeyd edək ki, seriya ümumilikdə 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar toplayacaqlar.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









